“Abxaziya Respublikasında silahlı qiyam hazırlanır”. Bu haqda separatçı “Abxaziya Respublikası”nın xüsusi xidmət orqanları xəbərdarlıq edib.
Məlumata görə, silahlı qiyamın dekabrın 15-də reallaşdırılması nəzərdə tutulub. “Dövlət Təhlükəsizlik Xidməti informasiyaya malikdir ki, müxalifət güc yolu ilə hakimiyyəti tutmaq və Abxaziya xalqı tərəfindən qanuni seçilmiş prezidenti fiziki aradan qaldırmaq fikrindədir. Müxalifətçilər planın reallaşdırılması üçün odlu silah və yandırıcı maddələri tətbiq etməyi planlaşdırırlar”, - xəbərdə deyilir.
Materialda bildirilir ki, müxalifət partiyaları və təşkilatların nümayəndələri “prezident”in səlahiyyətlərinin vaxtından əvvəl dayandırılmasını dəstəkləyirlər. Lakin müxalifət liderləri bildirirlər ki, onlar həqiqətən vaxtından əvvəl seçkilərin keçirilməsində təkid edirlər, amma bu halda demokratik prosedurlar və Rusiya ilə qardaş münasibətlərinin saxlanılmasının vacib olduğunu deyirlər.(publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...