Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni təyinat olub.
MilliYol.az unikal-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Mansurov DİN-in Polis Akademiyası rəisinin birinci müavini vəzifəsinə təyinat alıb.
V.Mansurov bu təyinatadək Polis Akademiyasında müəllim kimi çalışıb.
Qeyd edək ki, Polis Akademiyasının rəisi general-mayor Canpolad Daanovdur.
Digər xəbərlər
loading...