"Android" üçün zərərli proqram təminatı istifadəçinin xəbəri olmadan pullu xidmətlərə qoşula bilir.
MilliYol.az Report-a istinadən xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.
Korporasiyanın mütəxəssisləri qeyd ediblər ki, aşkar edilmiş həmin virus proqramları "Android" platformasında son dərəcə geniş yayılıb.
Ətraflı
Məlumatda bildirilib ki, təhlükəli proqram təminatı istifadəçinin nömrəsinə gizli şəkildə çoxlu sayda ödənişli abunəliklər rəsmiləşdirə bilir. Yeni zərərli proqramın özəlliyi ondan ibarətdir ki, o, operatorun adətən abunə və ya ödəniş faktını təsdiqləmək üçün göndərdiyi SMS mesajlarını gizlətməyi öyrənib.
Mütəxəssislərin fikrincə, təhlükəli proqramları "Android API"də dəyişikliklər etməklə və "Google Play"in moderasiyasında olan proqramları daha ətraflı tədqiq etməklə dayandırmaq olar. Korporasiya həmçinin naməlum mənbələrdən proqramları yükləməyi və tətbiqlərin daxil olan SMS-ləri oxumaq imkanını məhdudlaşdırmağı tövsiyə edib.