Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun beyninə qaz sızdığı barədə məlumat yayılıb.
Lent.az-ın məhkəmədən əldə etdiyi məlumata görə, o, hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir.
Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, Ənvər Seyidovun həyatına təhlükə qalmayıb və səhhətində irəliləyişlər var.
Məlumata görə, Bakı şəhər sakini, 1949-cu il təvəllüdlü Seyidov Ənvər Cümşüd oğlu xəstəxanaya hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə daxil edilib. Dərhal təcili və təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib, eləcə də digər təcrübəli həkimlər xəstənin müalicəsinə cəlb edilib.
Hazırda Ə.Seyidovun həyatı üçün təhlükə yoxdur və müalicəsi bir neçə gün reanimasiya şöbəsində davam etdiriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...