Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 793 302 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 383 nəfər müalicə olunaraq sağalıb, hazırda 202 aktiv xəstə var. Bu günə qədər 9 717 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 653, bu günə qədər isə ümumilikdə 6 966 738 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 1908 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 579, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 246, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 922, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 161 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 768 446, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 355 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 854 038, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 309 825, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 249 438 nəfər təşkil edir.