Prezident İlham Əliyev sərəncam imzalayıb.
MilliYol.Az xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yaşar Qəhrəman oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Qeyd edək ki, Məmmədov Yaşar Qəhrəman oğlu 14 dekabr 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ Daxili İşlər Nazirliyinin Minsk Ali Məktəbini bitirmişdir. İxtisasca hüquqşünasdır.
Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan SSR Avtomobil Nazirliyinin Sənaye Müəssisələr İdarəsinin "Avtodetal" zavodunda başlayıb. 1975-1977-ci illərdə hərbi xidmətdə olub.
1977-2010-cu illərdə Azərbaycan SSR və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili işlər orqanlarında milis nəfəri, müdavim, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, cinayət axtarış bölməsinin rəisi, polis bölməsinin rəisi, polis şöbəsinin rəis müavini vəzifələrində xidmət etmiş, Daxili İşlər orqanlarındakı sonuncu iş yeri Ağdaş rayon Polis şöbəsinin rəisi vəzifəsi olmuşdur.
2010-cu ilin aprel ayından 2015-ci ilin yanvar ayına kimi Ucar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 1995-ci il tarixli və 30 iyun 2006-cı il tarixli sərəncamları ilə 2 dəfə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, bir övladı var.
MilliYol.Az
Digər xəbərlər
loading...