Daha bir Vətən müharibəsi qazisinə toyunda mənzil təqdim olunub.
MilliYol.Az xəbər verir ki, bu barədə Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu "Facebook" hesabında yazıb:
"Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezidentin adından toyu olan qazi Kənana üçotaqlı mənzilin açarlarını və sənədlərini təqdim etdi! Xoşbəxt olsun!”.
Qeyd edək ki, toyda ƏƏSMN-in tabeliyində olan Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behdudov, Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov da iştirak edib.
Digər xəbərlər
loading...