"Dəmir Bank" əmanətçilərini aldadır. Milliyol.az xəbər verir ki, banka əmanət qoymuş vətəndaşlar öz pullarını geri ala bilmir.
Məlumata görə, "Dəmir Bank"a əmənat yerləşdirmiş əmanətçilər öz pullarını geri götürmək istəyəndə problemlərlə üzləşirlər. Bank rəhbərliyi müxtəlif bəhanələrlə onların pullarını qaytarmaqdan imtina edir. Günlərlə süründürməçiliyin qurbanı olan əmanətçilərə pullarının qaytarılmaması ilə bağlı konkret səbəb söylənilmir.
Ekspertlər isə bunu bankın çətin vəziyyətlə üzləşməsi ilə əlaqələndirir. Belə ki, ikinci devalvasiyadan sonra ölkədə ciddi maliyyə böhranı yaranıb və bankların problemli kreditlərinin həcmi böyük ölçüdə artıb. Bu isə bankların fəaliyyətində ciddi problemlər yaradıb. Maliyyə şəffaflığı olmayan Azərbaycan bankları böhrandan çıxmaq üçün dövlətin dəstəyini gözləyir. Dövlət isə hələlik bu yöndə heç bir addım atmayıb.
Qeyd edək ki, qanunlara əsasən, vətəndaş əmnətini tələb etdiyi andan 5 iş günü ərzində bank pulu qaytarmalıdır. Bank bunu etmirsə, qanunları ciddi şəkildə pozur və rəsmi orqanlara şikayət olsa, bankı ağır cəzalar gözləyir.
Milliyol.az
Digər xəbərlər
loading...