Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, son sutkada xəstəlikdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 793 164 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 292 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib. 155 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 345, bu günə qədər isə ümumilikdə 6 954 464 test icra olunub.
Digər xəbərlər
loading...