"Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın həbsdə olan sədri Taleh Bağırzadə aclıq aksiyasını dayandırıb.
Bu barədə Trend-ə T.Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə məlumat verib.
O bildirib ki, T.Bağırzadə Qobustan həbsxanasında qida qəbul etməyə başlayıb.
T. Bağırzadə aclıq aksiyasına iyunun 3-də başlamışdı.
Xatırladaq ki, T.Bağırzadə 2015-ci il noyabrın 16-da Nardaran hadisələri zamanı törədilən iğtişaşların təşkilatçılığında təqsirləndirilərək həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il azadlıqdan məhrum edilib.
Digər xəbərlər
loading...