Türkiyənin Diyarbəkir şəhərində 2 hərbçi şəhid olub.
MilliYol.Az "Hürriyət"ə xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Jandarm Komando Alay Komandanlığının 2 hərbçisi - Oğuzhan Arduç və Turgut İçen "Eren Abluka-18” əməliyyatı zamanı terrorçularla silahlı qarşıdurmada şəhid olublar. Daha bir hərbçi Mustafa Can Akdoğan isə yaralanıb.
Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə əlavə qüvvə cəlb olunub.
Digər xəbərlər
loading...