Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyində gənclər üçün “Sosial media savadlılığı və kiberbullinq” adlı təlim keçirilib.
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Natiq Həsənzadə və təlimçi Günel Salayeva gənclərə “Ənənəvi media və sosial media”, “Sosial medianın funksiyaları”, “Sosial mediada yayımlanan saxta xəbərlər”, “Saxta xəbərlərin yaranma səbəbləri”, “Misinformation” və “Disinformation”, “İnformasiya süzgəci”, “Xəbərin doğruluğunu müəyyən etməyin yolları”, “Sosial mediada təhlükəsizlik“, “Kibercinayətkarlıq”, “Sosial mediada şəxsi məlumatların qorunması”, “Sosial media etikası və reytinq”, “Sosial media riskləri”, “Sosial media aludəçiliyi”, “Fakt yoxlaması”, “Kiberzorakılıq", “Kiberbullinqin həyata keçirilmə yolları”, “Kiberzorakılığın dayandırılmasına töhfə” və “Kiberzorakılığa məruz qalanların bilməli olduqları məqamlar” haqqında məlumat verilib.
Daha sonra gənclər komanda işində “clickbait” nümunələrinə aid araşdırma edib, təqdimat hazırlayıb və təqdim edib.
Sonda “clickbait” nümunələri ətrafında müzakirə aparılıb.
Təlimin keçirilməsində məqsəd region gənclərinin sosial media savadlılığının artırılmasına töhfə verməkdir.