Ölkənin bank sektorunda növbəti ajiotaj yaradacaq hadisələr baş verməkdədir.
“Beynəlxalq Bank” və “Azər-Türk Bank” rəhbərliklərinin qəfil dəyişdilməsi bu sahədə ciddi problemlərin ortadan qaldırılmamasından xəbər verir. Belə ki, ölkədəki dollar defisiti və bankların kütləvi şəkildən xarici valyuta satmaq istəməməsi bank rəhbərlərinin “qara bazar”la işlədiyini ortaya qoyub.
"Beynəlxalq Bank”ın İdarə Heyətinin sədri Elmar Məmmədovun və “Azər-Türk Bank”ın İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə də məlumatlar yayılıb. Bütün bunlar isə ölkənin maliyyə sektoruna nəzarət edən şəxslərin yarıtmaz fəaliyyəti və dövlətə edilən xəyanətdir.
Ölkənin bank sektorundakı problemlər təkcə adıçəkilən bu iki bankla yekunaşmır. Belə banklardan biri də “Ekspress Bank”dır. PİA.AZ-a daxil olan məlumatlara görə, hazırda ən problemli banklardan biri olan “Ekspress Bank”ın da rəhbərliyini dəyişdirələcək. Məlumatda bildirilir ki, Bankın Müşahidə Şurasının sədri Fəxrəddin Bağırov başda olmaqla İdarə Heyətinin sədri Emin Məmmədovun vəifəsindən uzaqlaşdırılacaq. Buna səbəb kimi bank rəhbərliyinin dollar ajiotajından şəxsi məqsədlər üçün yararlanması göstərilir.
Mənbənin "Ekspress Bank”da yaşanan olaylarla bağlı PİA.AZ-a verdiyi məlumatları araşdırmaqdayıq.
Bu arada qeyd edək ki, mətbuatda da “Ekspress Bank”la bağlı xeyli qalmaqallı məlumatlar yayılıb. Həmin məlumatlarda bildirilir ki, bank rəhbərliyi Mərkəzi Bankın tələblərini yerinə yetirməyib:
“Kredit verilməsini məcburən dayandıran “Ekspress Bank” rəhbərliyi son devalvasiyadan sonra itkilərini kompensasiya edə bilmir. Əsasən manatla kredit verməyə üstünlük verən “Ekspress Bank” ən çox ziyana düşən maliyyə qurumu olub. Bu da bankın səhmdarlarını qane etməyib.
Bankda aparılan yoxlamalar zamanı İdarə Heyətinin sədri Emin Məmmədovun 2015-ci il dekabrın 21-dən – ikinci devalvasiyadan əvvəl özünün və yaxınlarının adına 2.5 milyon manat kredit götürdüyü məlum olub. İlkin ehtimallara görə, Emin Məmmədov bu vəsaiti dollara çevirərək, ölkədən çıxarıb.
Qeyd edək ki, Mərkəzi Bankının “Banklara aidiyyati olan şəxslərlə əməliyyatların aparilması qaydaları”na əsasən banka aidiyyəti olan şəxslərə verilən kreditlərin ümumi məbləği bankın məcmu kapitalının 3%, aidiyyatı olan şəxslərin birgə kreditlərin məbləği isə 20% artıq olmalı deyil. Lakin “Express Bank” bu tələblərə riayyət etməyərək, böyük həcmdə manat kreditləri verib.
Bankın əsas səhmdarları olan şirkət (Azərenerji) tərəfindən enerji sahəsinə “Azerenerji”nin və ayrı-ayrı şirkətlərin adına ümumillikdə 130 milyon manatdan artıq kredit verilib və həmin məbləğin böyük bir hissəsi geri qaytarılmayıb.
Göstərilənlər Mərkəzi Bankının tələblərinin Emin Məmmədovun rəhbərlik etdiyi bank tərəfindən pozulmasının sübutudur. Bankın likvidlik əmsalı həddindən artıq aşağı düşüb. Məlumata görə, “Ekspress Bank”da maliyyə vəziyyəti o həddədir ki, əmanətlərə belə faiz verə bilmir”.
Mediada yayılan məlumatlarda iddia olunur ki, “Ekspress Bank” başqa rəqibləri ilə müqayisədə ən zəif kadr potensialına malik bank kimi də xarakterizə olunur. Bankın rəhbərliyində elə şəxslər vəzifə tutur ki, bankçılıq sahəsindən ümumiyyətlə anlayışı yoxdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...