Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinın "Avtomobil Yollarının Mühafizə Xidməti" MMC-də keçirdiyi əməliyyatın şok təfərrüatları üzə çıxıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, MMC-nin vəzifəli şəxslərinin göstərişi ilə respublikanın magistiral yollarında hərəkət edən yük avtomobilləri sürücülərindən qeyri-qanuni vəsaitlər yığılıb. Həmin şəxslər sürücülərinə qeyri-qanuni ödəniş qəbzləri də verib. Bunun əvəzində nəqliyyat vasitələrinin normadan artıq yük daşması hallarına da göz yumulub.
Bəzi icazə vərəqələrini Nazirlər Kabinetinin 104 saylı qərarı ilə Rəqəmsal və İnkişaf Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) verməli olduğu halda, "Avtomobil Yollarının Mühafizə Xidməti" qanunsuz olaraq xarici, yerli və tranzit nəqliyyat vasitələrinin sürücülərindən, fiziki və ya hüquqi şəxslərdən 700 manat alaraq icazə vərəqələri tərtib edirmişlər.