Avtomobil Yollarının Mühafizə Xidmətində əməliyyat: Daha bir məmur saxlanıldı
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat Avtomobil Yollarının Mühafizə Xidməti MMC-də baş tutub.
Əməliyyat çərçivəsində "Avtomobil Yollarının Mühafizə Xidməti" MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.
Hazırda "Avtomobil Yollarının Mühafizə Xidməti" MMC-nin rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparılır və bir sıra sahələr üzrə fəaliyyətlərinə qadağa qoyulub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən əməliyyatın keçirilməsi barədə məlumatı saytımıza təsdiq ediblər. Bildirilib ki, əməliyyatın nəticələri barədə ətraflı məlumat veriləcək.