ABŞ prezidenti seçilən Donald Tramp şəxsi biznesini tərk edir.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə o, özü “Twitter” hesabında məlumat verib. Tramp biznesindən imtina edəcəyi tarixi də açıqlayıb:
“Qanun qarşımda belə bir öhdəlik qoymasa da, ölkəni idarə etmək istiqamətində fikrimi cəmləmək üçün yanvarın 20-dək şirkətlərimi tərk edirəm. Oğlanlarım Don və Erik, eləcə də rəhbərlik üzvləri şirkətləri idarə edəcəklər. Mənim prezidentlik müddətim ərzində heç bir yeni saziş bağlamayacaq.”
Trampın inaqurasiyası 2017-ci il yanvarın 20-də baş tutacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...