Türkiyədə saxta sənədlər hazırlayan azərbaycanlı şirkət sahibi saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, İstanbulda Türkiyədə yaşamaq icazəsi ləğv edilən əcnəbilər üçün saxta sənədlər hazırlayan məsləhətçi şirkətə qarşı keçirilən əməliyyatda Azərbaycan vətəndaşı olan şirkətin sahibi ələ keçirilib.
İstanbul Polis İdarəsi Mühacir Qaçaqmalçılığı və Sərhəd Qapıları Şöbə Müdirliyi qrupları Şişli Məcidiyəköydə fəaliyyət göstərən bir məsləhət şirkətinin Türkiyədə yaşamaq icazəsi olmayan və deportasiya edilməli olan xarici ölkə vətəndaşlarına saxta sənədlərin verdiyini öyrənib. Şirkətin müxtəlif sosial media platformalarında "Yaşayış icazəsi rədd edilən əcnəbilər üçün daimi yaşayış icazəsi və deportasiya prosedurları” başlıqlı açıqlama verdiyini dəqiqləşdirən polis ötən gün şirkətə qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı Azərbaycan əsilli A.H. saxlanılıb.
Saxta sənədlərlə məsləhət verən şirkətdə polis tərəfindən aparılan axtarışlarda 2 Türkmənistan və Azərbaycan pasportu, doğum haqqında şəhadətnamə, 7 notarius sənədi, şəxsiyyət vəsiqəsi, pasport və bənzər sənədlərdən ibarət müxtəlif sənədlərin surəti, 6 ayrı elektron imza, kompüter və dələduzluq yolu ilə əldə edildiyi hesab edilən 3 min 600 dollar ələ keçirilib.
Saxlanılan Azərbaycan əsilli A.H. məhkəmə tərəfindən həbs edilib. Onun adına olan məsləhətçi şirkətə 12 min lirə inzibati cərimə kəsilib.