Dağlıq Qarabağ münaqişəsinə dair heç bir danışıqlar aparılmır, ordu, əhali çətin dövrə hazır olmalıdır.
Virtualaz.org xəbər verir ki, bu barədə ötən həftə üç gün ərzində Azərbaycanın işğal altındakı ərazilərinə baş çəkib İrəvana geri qayıdan Ermənistan prezidenti Serj Sərkisyan bəyan edib.
"Azadlıq” radiosunun erməni xidmətinin məlumatına əsasən İrəvanda mədəniyyət xadimləri qarşısında çıxış edən Sərkisyan bildirib ki, Dağlıq Qarabağa dair nəinki heç bir danışıqlar aparılmır, üstəlik bu məsələ ilə bağlı sonuncu dəfə avqustun 10-da ciddi söhbət olub. "Bundan sonra problemə dair heç bir ciddi müzakirələr aparılmayıb”-Sərkisyan bildirib.
Ermənistan prezidentinin dediyinə görə, hazırda təmas xəttində xüsusi gərgin vəziyyət yoxdur. "Adi vəziyyətdir, belə demək olarsa bir il əvvəlkindən xeyli sakitdir”-Sərkisyan deyib.
İrəvan Kukla Teatrının direktoru Ruben Babayan Sərkisyana Qarabağa niyə məhz bu günlərdə getdiyini sual edib. Sərkisyan bildirib ki, bu səfər onun üçün öhdəlikdir. "Bu, daxili öhdəlikdir. Çünki indi elə dövrdür ki, ordu, əhali, Dağlıq Qarabağın sakinləri artıq çətin dövrə hazır olmalıdır. Ordunun çoxlu tələbatı var və bu tələbatı dəyərləndirmək lazımdır. Çünki bizim imkanlarımız hüdudsuz deyil ki, bütün problemləri, bütün məsələlər həll edək. Ona görə də tələbatı qiymətləndirmək, hansı problemin ilk növbədə həll olunmalı olduğunu müəyyənləşdirmək və onları həll etmək lazımdır. Zamanın seçilməsi bununla bağlıdır”-Sərkisyan bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...