Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 103 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 85 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 217, bu günə qədər isə ümumilikdə 6 926 715 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 1 668 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 273, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 197, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1076, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 122 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 746 614, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 351 241, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 851 252, üç və daha çox doza vaksin vurduranların sayı 3 296 504, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 617 təşkil edir.