1990-cı il təvəllüdlü Goranboy sakini Teymur Əlizadənin məhkəməsi başa çatıb. Teleqraf.com xəbər verir ki, Teymur Əlizadə anası Minarə Əliyevanın həmyerlisi Emil Eyvazovla intim əlaqədə olması barədə söz-söhbət eşidib.
Emilin anası Ziyafət hər yerdə danışıb ki, Minarə onun oğlu ilə cinsi əlaqədə olub. Bu söhbət Minarənin oğlu Teymur Əlizadənin qulağına çatıb. Anasının haqqında xoşagəlməz ifadələr işlədən Ziyafət haqqında isə Teymur Əlizadə də söz-söhbət yaymağa başlayıb.
Teymur Əlizadə Emil Eyvazovun anası Ziyafət haqqında tanışları, qonşuları yanında xoşagəlməz ifadələr işlədib. O, bildirib ki, Emilin anası Ziyafət öz qızını əri Rasim Nəbiyev ilə cinsi əlaqədə olur.
Bütün bu söz-söhbətlər Teymur Əlizadə ilə Emil Eyvazovun arasında ədavətin, düşmənçiliyin yaranmasına səbəb olub. Teymur Əlizadə 9 oktyabr 2014-cü ildə, saat 21 radələrində Goranboy şəhəri, İlham İsmayılov küçəsində yerləşən çayxanada Emil Eyvazovla rastlaşıb.
Emil Eyvazov Teymurdan anasının yeznəsilə cinsi əlaqədə olmasına dair dediklərini sübut etməsini tələb edib. Emil Teymur Əlizadənyə Rasim Nəbiyevin yaşadığı Goranboy rayonu Qarasüleymanlı kəndinə getməyi təklif edib. O, Emil Eyvazovla sonuncunun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Qarasüleymanlı kəndinə gedib.
Teymur Rasim Nəbiyevin yaşadığı evin arxa tərəfində avtomobildən düşüb. Onun ardınca isə Emil avtomobildən çıxıb. Orada onların aralarında Emil Eyvazovun anası Ziyafət Eyvazova haqqında Teymurun işlətdiyi ifadələrə görə mübahisə yaranıb.
Mübahisə daha da kəskinləşdiyi üçün aralarında dava baş verib. Bu zaman Teymur Əlizadə Emil Eyvazovun fiziki cəhətdən ondan güclü olduğunu görüb və üzərində gəzdirdiyi bıçaqla onun sol və sağ bazu nahiyələrinə zərbələr endirib.
Bıçaq xəsarəti alan Emil Eyvazov rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Teymur Əlizadə həbs edilib. Teymur Əlizadə Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Əlizadə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Teymur Əlizadə apelyasiya şikayəti verib. O, şikayətində barəsində təyin edilmiş hökmün ləğv edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəza təyin edilməsini xahiş edib.
Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Teyyub Muxtarovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərarı elan edib. Qərara görə, Teymur Əlizadənin apelyasiya şikayəti təmin edilməyib.
Bu qərardan narazı qalan Teymur Əlizadə kasasiya şikayəti verib. Ali Məhkəmədə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Teymur Əlizadənin kasasiya şikayəti təmin edilməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...