Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 094 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 75 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 150, bu günə qədər isə ümumilikdə 6 924 498 test icra olunub.
Ötən sutkada 3 nəfər vaksinasiya olunub. Gün ərzində birinci və ikinci doza vaksin vurulmayıb.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 3-dür. Pozitiv nəticədən sonra buster doza vaksin vurduran olmayıb.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 744 946, birinci doza peyvəndlərin ümumi sayı 5 350 768,birinci doza peyvəndlərin ümumi sayı 5 350 968, ikinci doza vaksinlərin sayı 4 851 055 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 295 428, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 247 495 olub.