Hüquq-mühafizə orqanları xarici ölkələrdən Azərbaycana mal idxal edən bir sıra şirkətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Əməliyyat Bakı şəhər Qaradağ rayonu ərazisində yerləşən "Binə" və "Sədərək" ticarət mərkəzlərinin müxtəlif şirkətlərə icarəyə verilmiş anbarlarını əhatə edib.
Belə ki, hüquq-mühafizə orqanları ölkəyə idxal edilən malların vergidən yayındırılması, sənədlərin saxtalaşdırılması və s şübhələrlə özəl şirkətlərdə axtarışlar həyata keçirib.
Əməliyyatla bağlı ictimaiyyətə geniş məlumatın veriləcəyi gözlənilir.
Mənbə: Qafqazinfo.az
Digər xəbərlər
loading...