Bu gün Xətai rayon 221 saylı orta məktəbdə hərbi dəniz qüvvələrinin miçmanı, "Dəniz pişik"lərindən olan şəhid Məmmədov Vüsal Qüdrət oğlunun 32 yaşının tamam olması münasibətilə tədbir keçirilib.
Tədbirdə Vüsal Məmmədovun ailə üzvləri, qohumları, şəhid anaları, qazilər, döyüş yoldaşları, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, "Vətən bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin üzvləri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himninin oxunuşu ilə tədbir açıq elan edilib.
Mərasim iştirakçıları sonra məktəbin müəlliməsi Xalidə Şahbazovanın səhnələşdirdiyi bədii kompazisiyaya şəgirdlərin ifasında tamaşa ediblər.
Bədii hissədən sonra şəhidin əmisi Elxan Məmmədov, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, şəhidin qrup komandiri Ramazan Balakişiyev, ictimai fəal Arzu Əliyeva, şairə Mələk Yazar, məktəbin direktoru Günel Səmədova, şəhid Rəcəb Məmmədovun anası Həbibə xanım çıxış edərək 44 günlük Vətən Savaşında "dəniz pişik"lərinin danılmaz rolundan danışıb, ordumuzun şücaətindən bəhs ediblər.
Tədbirin sonunda şəhid Vüsal Məmmədovun qohumu Tamella Məmmədova və həyat yoldaşı Zemfira Məmmədova çıxış edərək qonaqlara təşəkkür edib, Vüsalı unutmadıqlarına və bu tədbirdə iştiraklarına görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Vüsal Məmmədov şəhadətə ucalandan sonra oğlu dünyaya gəlib və şəhidimizin arzusu olaraq övladına Hüseyn adı verilib.