Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb. MilliYol.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə 32 komanda 16 cütlüyə bölünüb.
"Beşiktaş" Türkiyənin gərgin siyasi münasibətdə olduğu İsrail təmsilçisinə - "Hapoel"ə (Beyer-Şeva) rəqib olub. Püşk "Fənərbaxça"nı "Krasnodar"la üz-üzə qoyub.
"Qarabağ"ın qrupdakı rəqiblərindən "Fiorentin"a Münhenqladbax "Borussiya"sı, PAOK "Şalke 04"lə qarşılaşacaq.
"Qəbələ"nin rəqibi olmuş "Sent-Etyen" Joze Mourinyonun "Mançester Yunayted"i ilə üz-üzə gələcək. "Qırmızı-qaralar"ın digər rəqibi "Anderlext" isə "Zenit"lə görüşəcək.
Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları 2017-ci il fevralın 16-da, cavab qarşılaşmaları isə 23-də baş tutacaq. Səpələnmiş komandalar ilk oyunu səfərdə keçirəcək.
Avropa Liqası
1/16 final
Atletik (İspaniya) - APOEL (Cənubi Kipr)
Legiya (Polşa) - Ayaks (Hollandiya)
Anderlext (Belçika) - Zenit (Rusiya)
Astra (Rumıniya) - Genk (Belçika)
Mançester Yunayted (İngiltərə) - Sent-Etyen (Fransa)
Vilyarreal (İspaniya) - Roma (İtaliya)
Ludoqorets (Bolqarıstan) - Kopenhagen (Danimarka)
Selta (İspaniya) - Şaxtyor (Ukrayna)
Olimpiakos (Yunanıstan) - Osmanlıspor (Türkiyə) -
Gent (Belçika) - Tottenhem (İngiltərə)
Rostov (Rusiya) - Sparta (Çexiya)
Krasnodar (Rusiya) - Fənərbaxça (Türkiyə)
Borussiya (Münhenqladbax, Almaniya) - Fiorentina (İtaliya)
Alkmaar (Hollandiya) - Olimpik (Lion, Fransa)
Hapoel (Beyer-Şeva, İsrail) - Beşiktaş (Türkiyə)
PAOK (Yunanıstan) - Şalke 04 (Almaniya)
MilliYol.Az
Digər xəbərlər
loading...