Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun xəbərinə görə hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi “Khazar” markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobilin təkərinin partlaması nəticəsində idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, polis mayoru olan Qubat Qasımov Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
loading...