Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. MilliYol.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasimdə Avropanın 16 ən güclü komandası 8 cütlüyə bölünüb.
Bu mərhələdə erkən final adlandırıla biləcək qarşılaşma baş tutacaq. Belə ki, turnirin favoritlərindən olan PSJ və "Barselona" üz-üzə gələcək.
Yarışın son qalibi "Real" "Napoli"ni sınağa çəkəcək. Pep Qvardiolanın başçılıq etdiyi "Mançester Siti" "Monako"ya rəqib olub.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 2017-ci il fevralın 14-15 və 21-22-i, cavab oyunları isə martın 7-8 və 14-15-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final
Mançester Siti (İngiltərə) - Monako (Fransa)
Real (Madrid, İspaniya) - Napoli (İtaliya)
Benfika (Portuqaliya) - Borussiya (Dortmund, Almaniya)
Bavariya (Almaniya) - Arsenal (İngiltərə)
Portu (Portuqaliya) - Yuventus (İtaliya)
Bayer (Almaniya) - Atletiko (İspaniya)
PSJ (Fransa) - Barselona (İspaniya)
Sevilya (İspaniya) - Lester (İngiltərə)
MilliYol.Az
Digər xəbərlər
loading...