3 iyun Nərimanov rayonu 183 nömrəli körpələr evində 28 May - Müstəqillik Günü ilə əlaqədar bayram tədbiri keçirilib.
MilliYol.Az xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan, bağçada tərbiyə alan uşaqlar, onların valideynləri və müəllim-tərbiyəçi heyəti iştirak edib.
Tədbir zamanı bağçada tərbiyə alan uşaqlar tərəfindən Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına dair şeirlər oxundu, mahnılar səsləndirildi.
Həmçinin tədbirdə çıxış edən H. Altınalan qeyd edib ki, Azərbaycan-Türkiyə xalqının qardaşlığını, birlik içərisində olduğunu İkinci Qarabağ müharibəsində dünyaya göstərdik.
"Azərbaycan Prezidentinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqəli qeyd etdiyi "Bizim qardaşlığımız bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır" sözləri çox böyük mesaj idi", -deyə o əlavə edib.