Yuva İnkişaf Mərkəzi və psixoterapevt dr.Tinatin Nəsirovanın təşəbbüsü ilə 12 iyun tarixində xanımlar üçün “Hər qadın istər ki...” adlı seminar təşkil olunacaq.
MilliYol.az xəbər verir ki, görüşün məqsədi qadınlarda tükənmişlik sindromunun aradan qaldırılması, ailədaxili münasibətləri yoluna qoymaq üçün texnikaların onlara öyrədilməsi, xanımların özlərini daha çox sevmələri, ailələrinə, övladlarına, cəmiyyətə, ən çox isə özləri üçün önəmli olmalarını hiss etdirmək, onların bu görüşdən daxilən enerjili, motivasiyalı, tam başqa biri olaraq ayrılmalarını təmin etməkdir.
Görüşün mövzuları:
Qadınlarda tükənmişlik sindorumu və bunun aradan qaldırılması üçün texnikalar
Ailədaxili münasibətləri yoluna qoymaq üçün texnikalar
Bəs mən harada səhv etdim?
Öz bədənini və üz cizgilərini sevən qadın
Görüşdə peşəkar fitnes təlimçi Vəfa Şeydayeva və kosmetoloq Sona Məlikova da spiker qismində iştirak edəcək, onlar tərəfdən xanımlara müvafiq sahələr üzrə düzgün texnikalar, hər kəsin doğru bildiyi yanlışlar barədə dəyərli məsləhətlər veriləcək.
Tədbirə xanımlar övladları ilə qatıla bilər. Uşaqlar Yuva İnkişaf Mərkəzinin təlimçiləri tərəfindən müxtəlif oyunlara cəlb ediləcək, nəzarət ediləcək. İştirak edən uşaqlara xüsusi əl işəri seçilən “Best Designart Baku” tərəfindən xüsusi hədiyyələr təqdim ediləcək.
Qeydiyyat üçün əlaqə nömrəsi: 0503960021(wp aktivdir)
Instagram: best_mom_prince_princess , yuva.inkisaf.merkezi