Cari ilin may ayının 28-də Müstəqil Azərbaycanın mövcudluğu tarixində ilk dəfə olaraq Türkiyə Cumhuriyyəti ilə birliikdə texniki nailiyyətlər sərgisi keçirildi. Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında Prezident İlham Əliyev çıxış etmişdir. Ali Baş Komandan qeyd etmişdir ki, 104 il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır və inkişaf edir.
Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş türkiyə oldu. 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olmuşdur. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik ki, Türkiyə və Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək olmuş və bundan sonra da olacaqdır. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacağı bir həqiqətdir.
Xalqımız üçün çox önəmli olan İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaqdır. Bu bütün dünyaya verilən aydın bir mesaj idi. Tariximizin ən önəmli anlarında biz bir yerdə olmuşuq və bu qardaşlıq əbədidir. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacağına inanırıq.
Türkiyə və Azərbaycan tarixi Şuşa Bəyannaməsini imzalayaraq rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində özünü daha aydın biruzə verir. Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevriləcəkdir.
Qeyd etmək lazımdır ki, bu festivalda türk dünyasının böyük oğulları- Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Hər iki şəxsin Bakıda olması gənclər üçün örnəkdir, nümunədir.
Fidan Əzizova - "Bakı Avrasiya" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri, Nərimanov rayonun fəal gənci