“Bu gün Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək”.
MilliYol.az xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O bildirib ki, axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacaq:
“Mayın 21-i səhər saatlarından külək zəifləyəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.
Xidmət rəsmisi əlavə edib ki, bölgələrdə də yağıntılı hava şəraiti davam edəcək:
“Bəzi yerlərdə şimşək çaxacaq. Mayın 21-dən səhər saatlarından yağıntı kəsiləcək. Mayın 22-dən əksər rayonlarda yağmursuz hava şəraiti olacaq”.
Digər xəbərlər
loading...