Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyində olub, görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.
MilliYol.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Əl Bluşi dövlətimizin başçısını qarşılayıb.
Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar bir daha başsağlığı verən Prezident İlham Əliyev məhz onun səyləri nəticəsində bu gün BƏƏ-nin sürətli inkişafa nail olduğunu xüsusi vurğulayıb. Eyni zamanda, yeni Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə də ölkənin bu inkişaf yolunu davam etdirəcəyinə əminliyini ifadə edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla dostluq və qardaşlıq münasibətlərinin əməkdaşlığın daha da genişlənməsi işinə öz töhfəsini verəcəyini bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi səfirliyə gələrək Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verməsinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib və bunu ölkələrimiz arasında dostuq və qardaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib. Səfir əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib. Məhəmməd Əl Bluşi münasibətlərimizin inkişafında dövlətimizin başçısı ilə BƏƏ-nin yeni Prezidenti arasındakı şəxsi əlaqələrin xüsusi rolunu qeyd edib.
10.50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyində olub, görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.
MilliYol.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.