Prezident yanında əfv Məsələləri Komissiyası aprelin 26-dan bu günə qədər 500-ə yaxın müraciətə baxıb.
Bu barədə məlumatı ''Xəzər Xəbər''ə komissiyanın üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, müraciətlər üzrə müvafiq qərarlar qəbul edilib. Əliməmməd Nuriyev deyib ki, daxil olan bütün müraciətlər dəqiqliklə öyrənilir.
Növbəti günlərdə əfv Məsələləri Komissiyası öz fəaliyyətini davam etdirəcək.
Əliməmməd Nuriyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb, bunun nəticəsində 5 mindən çox məhkum tam olaraq azad edilib və ya cəzasının qalan hissəsi azaldılıb.
Əliməmməd Nuriyev onu da deyib ki, növbəti əfvin nə qədər məhkuma şamil olunacağı hələlik məlum deyil.
Qeyd edək ki, 28 May - Respublika Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir. Bu hal bir daha əfv sərəncamlarının Prezident İlham Əliyevin fəaliyyətinin humanizm və mərhəmət prinsiplərinə söykəndiyini göstərir.