“Bu günlərdə “guya dolların Azərbaycanda daha istifadə edilməyəcəyi” ilə bağlı xeyili müraciətlər olur. Birmənalı şəkildə qeyd edim ki, ölkəmizdə dollardan istifadənin qadağan edilməsi mexanimzi yoxdur”.
Bunu iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. O, bildirib ki, dollar olmasa, idxal da olmayacaq və ölkəyə məhsul gəlməyəcək: “Artıq heç bir ölkədə dollarsız stabil iqtisadiyyat yoxdur. Bəzi bankların dollar alışını dayandırması “qara bazar” ilə bağlı aparılan yoxlamalar ilə bağlı idi. Bankların əksəriyyəti yenidən dollar alışını davam etdirirlər.
Qeyd edim ki, “qara bazar” ilə bağlı açıqlamalarımızdan sonra son 2 gündə bu istiqamətdə xeyili rəsmi araşdırmalara aparılıb. Banklardakı son kadr dəyişikliklərinin də məhz araşdırmalar ilə bağlı olduğu güman edilir. Mən “qara bazar”ın ləğvinin və dolların banklarda satılmasının tərəfdarıyam. Aydındır ki, əgər bank dollar satmayacaqsa heç bir halda “qara bazar” ləğv edilə bilməyəcək.
Buna görə də, bütün sivil ölkələrdə olduğu kimi dollar “qara bazar”da, metro stansiyalarının yanında və ya qaranlıq otaqldar deyil, banklarda satılmalıdır. Belə görsənir ki, hökumət banklarda dollar satışını bərpa etməyə çalışır. Təbii ki, bunun nə zaman və necə reallaşacağını indidən söyləmək çətindir.
Türkiyənin region ölkələrinin xarici ticarət əməliyyatlarını milli valyutada aparması ilə bağlı təklifi də orta və uzun müddətli dövr üçün aktual olmayacaq. Belə sövdələşmələr ümumiyyətlə Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil. Azərbaycan ixracı atırmaqla ölkəyə dönərli valyutanın daxil olmasında maraqlı ölkədir. Bütövlükdə isə, əmin olun ki, dollar ölməyəcək. Dünyanın 12 tirlyon dollarlıq ekvivalentidən olan ehtiyatlarının 8 tirlyona yaxını ABŞ dolları ilə saxlanılır. Sizcə, dünya 8 tirlyon dollarlıq ehtiyatın “ölməsinə” hazırdırmı?”.
MilliYol.Az
Digər xəbərlər
loading...