"Qarabağ Müdafiə Ordusu" komandanının keçmiş müavini, general-mayor Samvel Karapetyan (Oqanovski) dünən gecə Xankəndidə baş vermiş atışma işi ilə bağlı saxlanılıb.
MilliYol.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Bundan əvvəl "Qarabağ Baş Prokurorluğu"nun mətbuat xidməti Xankəndinin “İntibah” meydanında baş vermiş atışmanın nəticələri ilə bağlı iki maddə ilə cinayət işi açıldığını bildirmişdi. İstintaq işi çərçivəsində vətəndaş S.K. saxlanılıb.
Atışma mayın 10-da saat 19:10 radələrində baş verib.
Qeyd olunur ki, faktla bağlı Cinayət Məcəlləsinin 269-cu maddəsinin 4-cü hissəsi (silah və ya silah qismində istifadə edilən əşyalarla xuliqanlıq) və 245-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama və daşıma) maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.
İlkin araşdırma var, prokurorluq əlavə məlumat verəcəyini vəd edib.