İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində torpaq uçqunu baş verib. Nəticədə yol kənarındakı bir neçə elektrik dirəyi aşıb, yol bağlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, Lahıcda torpaq uçqunu zamanı bağlanan yolun açılması istiqamətində işlər aparılır:
“Dağdan yolun hərəkət hissəsinə qaya parçaları uçub. Hazırda əraziyə texnika və canlı qüvvə cəlb edilib. Təxminən 40 dəqiqə ərzində yol qaya parçalarından təmizlənəcək”.
Digər xəbərlər
loading...