Belarusun birinci prezidenti Stanislav Şuşkeviç vəfat edib.
MilliYol.az “Ukrainskaya Pravda“ya istinadən xəbər verir ki, sabiq dövlət başçısı 87 yaşında dünyasını dəyişib.
Bu barədə onun həyat yoldaşı İrina Şuşkeviç məlumat verib. Stanislav Şuşkeviç Minskdə vəfat edib.
Qeyd edək ki, sabiq prezident aprelin sonunda COVID-19-a yoluxmuş və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. İki gün sonra o, xəstəxanadan buraxılsa da, siyasətçinin səhhəti yenidən ağırlaşmışdı.
Stanislav Şuşkeviç 15 dekabr 1934-cü ildə Minskdə anadan olub.1991-1994-cü illərdə Ali Sovetinin sədri kimi Belarus dövlətinə rəhbərlik edib.
Digər xəbərlər
loading...