Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov Ukrayna ərazisində - Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.
MilliYol.az Unian-a istinadən xəbər verir ki, bu barədə hərbi jurnalist və bloger Aleksandr Şulman bildirib.
66 yaşlı Gerasimov sağ ayağından sümük sınığı olmayan qəlpə yarası alıb. Onun həyati təhlükəsi yoxdur.
Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində olublar. İlkin məlumata görə, hücum zamanı 20 zabit həlak olub.
“Vertical” "Telegram" kanalı xəbər verib ki, general Gerasimov Rusiya ordusunun böyük itkilər verdiyi İzyumu tərk etməyə çalışır və onların təchizatı dayandırılıb.