Yasamal Rayon Polis İdarəsində yeni təyinat olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Yasamal RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həsrət Aslanov təqaüdə göndərilib.
Bu vəzifəyə Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Vüqar Məcidov təyin edilib.
Qeyd edək ki, Həsrət Aslanov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Digər xəbərlər
loading...