Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb.
FHN-dən MilliYol.az-a verilən xəbərə görə, hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Fotolar
Digər xəbərlər
loading...