Bir müddət öncə Göyçay Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə bağlı qalmaqallı məlumatlar yayılıb.
Vətəndaş şikayəti və videogörüntülərin yer aldığı həmin məlumatlardan sonra düşünmək olardı ki, nazir Səlim Müslümov sözügedən şəxslər haqda ciddi tədbir görəcək və Göyçay ƏSMM-də ciddi islahatlar aparılacaq.
Ancaq daxil olan məlumatlar tamamilə əksini göstərir. Belə ki, rayondan cumhuriyyet.az-a daxil olan məlumata görə, həm Göyçay Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri Aqşin Qafurov, həm də onun ətrafı, hətta məlum videogörüntülərdə yer alan Esmira adlı xanım hələ də iş başındadır.
Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzi ilə bağlı daxil olan məlumatlar bununla yekunlaşmır. Belə ki, bu qurumdan şikayətçi olan və rüşvət iddiasını konkret video görüntü ilə sübut edən Göyçay rayon sakini Əliyev Balaseyid Seyidağa oğlu yeni müraciət ünvanlayıb. Həmin müraciətdə vətəndaş Göyçay Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbərliyi tərəfindən təhdid olunduğunu iddia edir.
B.Əliyevin videomüraciətini olduğu kimi diqqətinizə çatdırırıq:
Milliyol.az
Digər xəbərlər
loading...