“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda bələdiyyə orqanları da vətəndaş müraciətlərinə baxan subyekt kimi müəyyən olunmuşdur.
Onların da vətəndaş hüquqlarının həyata keçirilməsində və qorunmasında böyük rolu vardır. Həmçinin “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasinin Qanununun 3.5 maddəsində qeyd olunub ki, hər bir vətəndaşın bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasinin Qanununun 30-cu Maddəsinə əsasən: – Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə mahiyyəti üzrə bir ay ərzində cavab verməlidirlər. – Bələdiyyələr torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslərin ərizələrinə 10 gün müddətində baxırlar. – Bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların yazılı müraciəti əsasında, 1 iş günü müddətində arayış verirlər.
Vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciətlərinə cavab verilməsi müddətlərinin və qaydasının pozulması bu Qanuna, Azərbaycan Respublikasının digər qanunlarına əsasən müvafiq məsuliyyətə səbəb olur. Müraciət hazırlandıqda diqqət yetirmək lazıdmır ki, qanunvericiliyin tələblərinə əsasən hazırlansın: 1. Müraciət edən şəxsin adı, soyadı mütləq şəkildə qeyd edilməlidir və yaxşı olardı ki şəxsiyyət vəsiqəsi məlumatları əks olunsun. 2. Müaciət edən şəxsin əlaqə vasitələri qeyd olunmalıdır, 3. Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır. 4. Dəstəkləyici əlavə sənədlər, sübütlar olduqda onların nüsxələri əlavə olunmalıdır. Bu məqalə “Tolerantlıq” Sosial Araşdırmalar İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Aktiv Gənclər Təşəbbüsü” layihəsi çərçivəsində dərc edilir.