Millət vəkili Bəxtiyar Əliyev 2006-cı ildə deputatlar üçün tikilməsi nəzərdə tutulan evlərə ayrılan milyonlarla vəsait pulun hara xərcləndiyi barədə hökumətə sual ünvanlayıb.
Qafqazinfo xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili həmin pulun hara getdiyini Baş nazir Artur Rasi-zadədən soruşub: “Üstündən 10 il keçib və dövlət büdcəsindən milyonlarla vəsait o şirkətlərə ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, o şirkət hələ də bu mənzilləri tikib insanlara verməyib. Ona görə də, mən baş nazirə buradan müraciət edirəm. Cənab baş nazir, sizin sərəncamınızla ayrılmış o milyonların 10 il keçməsinə baxmayaraq hara getdiyi açıqlanmayıb. Xahiş edirəm, bu məsələnin ciddi araşdırılması ilə bağlı göstəriş verin. Nədənsə, bu məsələ bu günə qədər öz həllini hələ də tapa bilmir”.
Spiker Oqtay Əsədov isə millət vəkilinin fikrinə belə cavab verib:
“Bəxtiyar müəllim, siz 2002-ci ildə deputatlar üçün tikilən mənzillərdən danışırsınız? Orada növbədə olan deputatların 80 faizi ya pullarını, ya da mənzillərini alıblar. İndi də binanı başa çatdırırlar. Bina başa çatan kimi kimin orada mənzili varsa onu da alacaq. Orada problem olmayıb”.
MilliYol.Az
Digər xəbərlər
loading...