Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyi, “EU4Youth” (Avropa Birliyi gənclər üçün) proqramı və “Education HUB”ın birgə təşkilatçılığı ilə "Art-terapiya" adlı adlı təlim keçirilib.
Təlimdə “Education HUB”ın Art-Terapiya üzrə təlimçiləri Ləman Muradi, Sevinc Qasımova və Fatimə Hüseynəliyeva “Art-terapiya”, “Art-terapiyanın növləri, tarixi, fəlsəfəsi”, “Art-terapiya dünya praktikasında”, “Art-terapiyanın prinsipləri”, “Terapiya və art-terapiya metodları”, “Art-terapiyanın psixoloji təsir vasitəsi kimi imkanları”, “Problemlər və kontingentdən asılı olaraq düzgün metodikaların seçimi”, “Bədən terapiyası” və “Komandanın formalaşması” haqqında məlumat verib.
Təlimin praktiki hissəsində gənclər rəngli dünyalarını nümayiş etdirib. Müxtəlif rəsmlər çəkib, əl işləri hazırlayıb və müxtəlif qlobal problemləri səhnələşdirib.
Sonda gənclər üzərinə arzularını yazdıqları təyyarələrini simvolik olaraq gələcəyə yola salıb.
“Salyan Youth In Action” marafonun məqsədi Salyan gənclərinin qeyri-formal təhsilin prinsiplərinə əsaslanaraq öyrənmə məqsədlərini müəyyən etmək və daha yaxşı gələcəyin formalaşmasına töhfə verməkdir.