Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən Bakıda və Abşeron yarımadasında qar yağacağı və temperaturən mənfiyə enəcəyi açıqlanmışdı.
Bu gün səhər artıq yollar buz bağlayıb, sıxlıq müşahidə olunur. Yollardakı son vəziyyətlə bağlı Qaynarinfo.Az Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova müraciət edib. DYP rəsmisi açıqlamasında bunları deyib:
"Bakı şəhərinə kameralarla nəzarət edərkən görürük ki, 3-cü kənar dairəvi yol, Yasamal ərazisi, Badamdar, Günəşli və digər hündür ərazilərdə duman və çiskin müşahidə olunur, qarın yağması davam edir, yollarda sürüşmə ehtimalı artır. Yol polisinin bütün əməkdaşları Bakı şəhər İcra Hakimiyyətinin qış qarajına məxsus texniki vasitələrlə qarın təmizlənməsi, yollara duzun və qumun səpilməsi prosesini həyata keçirir. Buna baxmayaraq, həmin ərazilərdə sürücülərin həddindən artıq ehtiyatla və ən kiçik sürətlə avtomobil idarə etməsi sıxlığa səbəb olub".
Polkovnik sürücülərə hava şəraiti ilə əlaqədar tövsiyyələr verib: "Yaxşı olar ki, belə hava şəraitində şəxsi avtomobillərdən istifadə edilməsin, ictimai nəqliyyat vasitələrinə üstünlük verilsin. Belə hava şəraitində avtomobil idarə etməyə uyğunlaşan peşəkar sürücülərin hərəkətinə şərait yaradılsın, mövsümi təkərləri, təzyiqləri standarta uyğun olan və eyni zamanda texniki baxımdan problemi olmayan avtomobillər idarə edilməlidir. Sürət həddi minimuma enməli, ara məsafəsi normadan artıq saxlanılmalı və hava şəraitindən asılı olmayaraq, yol hərəkəti nişanlarına uyğun avtomobil idarə edilməlidir. Hava şəraiti nəzərə alınmadığı üçün hazırda kiçik maddi zərərlə nəticələnən 3 yol-qəza hadisəsi tərəfimizdən qeydə alınıb. Tədbirlər davam etdirilir".
MilliYol.Az
Digər xəbərlər
loading...