"Park Cinema" kinoteatrında "Bu yeni dünya" (La Crosaide) filmi nümayiş etdiriləcək. Parıldayan komediya Parisli bir ailənin - Abel, Mariann və Jozefin həyatından bəhs edir, Jozef planeti xilas etmək üçün bir layihədə iştirak edəndə isə həyatları dərhal alt-üst olur.
Filmdə əsas rolları Lui Qarrel ("Zabit və casus", "Xəyalpərəstlər", "Bütün mahnılar yalnız sevgi haqqındadır") və Letisiya Kasta ("Apaçi", "Üz", "Kabusun arxasındakı kabus") ifa ediblər. Qarrel və Kasta üçün "Ən dürüst adam" filmindən sonra ikinci birgə işidir. Filmin rejissoru və ssenaristi olan Qarrel həm də 2021-ci ildə Kann Film Festivalında öz filmini nümayiş etdirmişdir.
Qeyd edək ki, film aprelin 13-də saat 19:00-da Park Cinema Park Bulvar kinoteatrında bir dəfə nümayiş olunacaq. Fransa səfirliyi və Fransız İnstitutu tərəfindən təşkil edilən tədbirə giriş sərbəstdir.