Cəlahani Sərxan Tərtər Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.
Bu barədə Valyuta.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bununla bağlı əmr imzalayıb.
Cəlahani Sərxan 12 aprel 1981-ci ildə Sumqayıt şəhərində anadan olub.
1999-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində “Müalicə işi” fakültəsində təhsil alıb.
Daha sonra, 2006-2008-ci ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasında həkim-terapevt, 2008-2012-ci illərdə Bərdə RMX-nın həkim- anestezioloqu, 2012-2016-cı illərdə Doğum Evində Reanimasiya şöbəsi həkim- reanimotoloqu, 2016-2022-ci illər ərzində isə xəstəxananın Doğum Evinin Reanimasiya şöbəsinin müdiri kimi çalışıb.