Daha bir təyyarə qəzası baş verib. MilliYol.Az xəbər verir ki, hadisə Pakistanda qeydə alınıb.
Məlumata görə, Pakistan Beynəlxalq Hava Yollarına məxsus təyyarə paytaxt İslamabada yaxınlaşarkən radardan itib. Bir qədər sonra 47 nəfərin olduğu təyyarənin Havelian yaxınlığındakı dağlıq ərazidə qəza uğradığı məlum olub.
Şahidlərin sözlərinə görə, təyyarədəki bütün sərnişinlər yanaraq külə dönüb. Yerli hökumətin sözcüsü Tac Məhəmməd Xan bildirib ki, bütün cəsədlər tanınmayacaq dərəcədə yanıb. Pakistan ordusu hələlik 21 nəfərin cəsədini çıxardıb.
"Reuters" agentliyinin məlumatına görə, qəzaya uğrayan təyyarədə ölkənin tanınmış müğənnilərindən olan starı Cüneyt Cemşit və ailəsi də olub.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...