Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.
MilliYol.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,75 ABŞ dolları və ya 1,56% azalaraq 110,58 dollar təşkil edib.
Dünən “Brent” markalı neftin bir bareli 104,71 ABŞ dolları olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Digər xəbərlər
loading...