Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə qurumda kollegiya iclası keçirilib.
Bu barədə MilliYol.az-a Palatadan bildirilib.
Məlumata görə, iclasda "Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabat” müzakirə olunub, müvafiq qərar qəbul edilib.
Bundan başqa, Palatanın təqaüd yaşına çatmış 3 əməkdaşına uzun illər göstərdikləri fəaliyyətə görə təşəkkür olunub, uğurlar arzulanıb. Həmçinin, Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin müdiri kollektivə təqdim olunub.
Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinə Fərqanə Əliyevaya müdir təyin edilib. O, indiyə qədər həmin şöbədə sektor müdiri olub.
Digər xəbərlər
loading...