Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra tətbiq olunan sanksiyalardan ən çox əziyyət çəkən azərbaycanlı iş adamı Vahid Ələkbərov olub.
MilliYol.Az "Bloomberg Billionaires Index (BBI)” reytinqinə əsasən xəbər verir ki, “Lukoyl” şirkətinin prezidenti və həmtəsisçisinin sərvəti 17,4 milyard dollar azalıb. Belə ki, Ələkbərovun sərvətinin ümumi dəyəri dekabr ayında 26,16 milyard dollar dəyərləndilirdi.
Milyarder Roman Abromoviçin ilin əvvəlindən indiyədək itkisi 3,6 milyard dollar olub. İş adamın hazırda sərvətinin ümumi dəyəri 14,4 milyard dollar təşkil edir.
Hazırda Rusiyanın ən varlı adamı olan “Nornikel” şirkətinin sahiblərindən biri Vladimir Potanin ilin əvvəlindən 1,47 milyard dollar itirib. İndi onun sərvəti 29,4 milyard dollardır.
Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən indiyədək 50,1 milyard dollar azalıb.